28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Vətən müharibəsindən danışıb

27.06.2022

Üç qardaş ölkənin əlaqələrinin inkişafı region üçün vacib əhəmiyyətə malikdir.

"DM" xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir qeyd edib ki, üçtərəfli görüşün əhəmiyyəti olduqca vacibdir. Bu cür görüşlər yeni imkanlar yaradır. Azərbaycan və Türkiyə arasında bütün sahələr inkişaf etdirilir. Azərbaycanla enerji sahəsində imkanları daha da genişləndirmək istəyirik.

"Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi”,- deyə M. Çavuşoğlu qeyd edib.