28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ordusu Donbasda uğur qazanıb

27.06.2022

"Rusiya işğalçıları Nikolayevka ərazisində yeni mövqelər hazırlayırlar”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook” səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna müdafiəçiləri rusiyalıların planlarını növbəti dəfə pozaraq düşmənin hücumunu dayandırıblar.

"Baxmut istiqamətində Spornoye, Berestovoye, Beloqorovka, Klinovoye və Zaysevo yaşayış məntəqələrindəki mövqelərimizi minaatan, top və raket artilleriyasından atəşə tutdular. Pokrovski yaxınlığında aviasiya zərbəsi qeydə alınıb. Hərbçilərimiz Berestovo və Yakovlevski yaxınlığında düşmənin təxribat və kəşfiyyat qruplarını aşkar edərək zərərsizləşdirib, eyni zamanda Klinovo istiqamətində düşmən hücumunun qarşısını alıblar. İşğalçılar geri çəkilib. Düşmən Nikolayevka ərazisində yeni mövqelər, o cümlədən nəzarət-buraxılış məntəqələri təşkil edir”, - deyə Baş Qərargahın səhər saatlarına olan hesabatında bildirilib.

Həmçinin məlum olub ki, ukraynalı döyüşçülər Verxnekamenka yaxınlığında müəyyən uğur qazanıb və düşməni geri çəkilməyə məcbur ediblər.

Mənbə: UNİAN