30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komitə sədri: Dünyanın ən böyük dərdi VƏRƏMDİR

25.09.2018

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur. 
O qeyd edib ki, bu gün insanların arasında düzgün təbliğat getmir."Azərbaycanda olan bütün texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək. İnsanlar arasında da düzgün təbliğat aparılmır. Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Əvvəllər texnologiyalardan, avadanlıqlardan geri qalırdıq, ancaq bu gün tibb müəssisələrimiz bütün müasir texnologiyalar ilə təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”.
Ə.Əmiraslanov onu da nəzərə çatdırıb ki, bu gün vərəm problemi dünyanı ən çox narahat edən problemdir və böyük insan tələbatına səbəb olur."Bu məsələyə mühüm önəm veririk və gələcəkdə də onu diqqətdə saxlayacağıq. Bizi daim narahat edən bir məsələ insan orqan və toxumalarının transplantasiyasıdır”.