09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Lavrov:Ukrayna konfliktinə Bakının münasibəti...

24.06.2022

Rusiya Azərbaycan rəhbərliyinin baş verənlərlə bağlı balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndirir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

"Biz uzun illər yığılan, nəinki Ukraynada və onun ətrafında, həm də Avropada təhlükəsizlik sahəsində – bütün arxitekturası əvvəllər razılaşdırılan, lakin son illərdə qərbli həmkarlarımız tərəfindən sistematik şəkildə məhv edilən – mövcud şəraitə gətirib çıxaran vəziyyətlə bağlı Azərbaycanın anlayışını yüksək qiymətləndiririk”, - o söyləyib.

Rusiya XİN rəhbəri Azərbaycanla diplomatik dialoqun inkişafından razı qaldıqlarını vurğulayıb: "Bu da ikitərəfli iqtisadi, humanitar və xarici siyasətlə bağlı digər əlaqələrimizdə əməkdaşlığı tamamlamağa yardım göstərir”.