25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Lavrov: “Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasına kömək etməyə hazırıq”

24.06.2022

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır".

"DM” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, o, görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyanın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

"Rusiya zəruri məsləhət xidmətləri göstərməyə hazırdır. Dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına da kömək etməyə hazırıq”, - S.Lavrov deyib.

Rusiya XİN başçısı "3+3” regional formatına da sabiq olduqlarını vurğulayıb.