Daha bir vaqnerçi Ukraynada öldürülüb  
    
                          
     
                         24.06.2022
 
    
                        Ukrayna ordusu "Vaqner” muzdlusu, baş leytenant İlya Mazayevi öldürüb.
"DM" xəbər verir ki, bu barədə Ukrayna ordusunun zabiti Anatoli Ştefan Tvitter səhifəsində yazıb.
"Zenit-raket tağımının komandiri "Mazay” ləqəbli baş leytenant İlya Mazayev məhv edilib”, - Ştefan bildirib.
Qeyd edək ki, əsl adı Yevgeni Orlov olan Mazay "Vaqner” qruplaşmasının üzvü kimi Suriya və Liviyada da hərbi əməliyyatlarda iştirak edib.