30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Bakıya böyük heyətlə gəlir

25.09.2018

Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycana səfərə gəlir. 
Bu barədə deputat, politoloq Rasim Musabəyov bildirib ki, əsas danışıqlar Azərbaycan prezidenti İlham Əliyev Soçidə səfərdə olanda aparılıb.
"Orada imzalanması lazım olan sənədlər imzalanıb. Putinin indi Azərbaycana gəlməyinin əsas məqsədi regionların əməkdaşlığı ilə bağlı forumda iştirak etməkdir. Bu dəfə prezidentlərin hər ikisi iştirak edəcək. Yəni Rusiyanın regionları Azərbaycanın regionları ilə birgə əməkdaşlıq edəcək. Dağıstan, Tatarıstan, Sverdlovsk və digərləri ilə əməkdaşlıq olacaq”. O, həmcinin qeyd edib ki, Putin Azərbaycana böyük heyətlə gəlir.
"Putinin heyətində Rusiyanın tanınmış iş adamları var. Düşünürəm ki, Soçidə razılaşdırılan məsələlərin gerçəkləşdirilməsi üçün müəyyən addımlar atılacaq”.
Onun sözlərinə görə, prezidentlərin görüşü zamanı Qarabağ məsələsi də müzakirə ediləcək.
"Soçidə başlanan Qarabağ konfliktini dalandan çıxarmaqla bağlı səylər, danışıqlar Bakıda da davam edəcək. Putin bu məsələ ilə Paşinyanı da çağırıb söhbət elədi. Düşünürəm ki, əsas müzakirə olunacaq məsələ konfliktin dalandan çıxarılması olacaq. Nə əldə olunacağını öncədən demək çətindir”.