01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşüb

24.06.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb.

"DM" Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Muğla şəhərinin Dalaman hava limanında olub. Dövlət başçısı bölgədə davam edən yanğınla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.