30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Zelenskini aradan götürmək tapşırığı veriləcək"

24.06.2022

Əgər Rusiya Ukraynaya müharibə elan etsə, Prezident Vladimir Zelenski bunkerdən bayıra burnunu da çıxara bilməyəcək. Bunkerdən çıxdığı an rus ordusuna onu aradan götürmək tapşırığı veriləcək.

"DM" xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov "Rossiya 1” telekanalının efirində deyib.

"Bu bir xüsusi əməliyyatdır, unutmayın! Müharibə başqa şeydi. Biz Ukraynaya müharibə elan etsək, Zelenski bunkerdən bayıra burnunu da çıxara bilməyəcək. Oradan çıxdığı an rus ordusuna onu aradan götürmək tapşırığı veriləcək. Bizim kəşfiyatımızın Zelenskinin hər addımından xəbəri var – haradadı, nə edir... İndi o, rahat-rahat Qərb liderləri ilə Kiyev küçələrində gəzişə bilir. Demək ki, bu xüsüsi əməliyyatdır və burada məqsədlər başqadır. Amma hələ ki...”, - deyə o qeyd edib.