25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Pankin: “Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir”

24.06.2022

"Azərbaycan üçün əsas məqsədlərdən biri iqtisadiyyatın diversifikasiya edilməsidir”.

Bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda QDTİB-nin Prezidenti Dmitri Pankin bildirib.

Onun sözlərinə görə, beynəlxalq rəqabətli iqtisadiyyatın yaradılması çox mühüm bir vəzifədir.

O qeyd edib ki, bu gün geosiyasi vəziyyət çox gərgindir:

"Rusiya-Ukrayna məsələsi Azərbaycanın qarşısında da logistika və digər məsələlərdə çətinliklər yaradır. Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir”.