Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış - ANBAAN VİDEO  
    
                          
     
                         23.06.2022
 
    
                        Rusiyanın Sverdlovsk vilayətinin Talitsa şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən qaz çəni partlayıb.
Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb edilib.
Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.