03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehranda öldürülən SEPAH zabitinin kimliyi barədə yeni məlumat yayılıb

23.06.2022

İyunun 22-də Tehranın Mohsenian küçəsində güllələnərək öldürülən İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti, nüvə sənayesi üzrə mütəxəssisin şəxsiyyəti məlum olub.

Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.

Məlumatda Tehranın 3-cü bölgəsində öldürülən şəxsin soyadının Dinəhmədi olduğu bildirilir.

Qeyd edək ki, Fransanın "i24” saytı yerli mənbələrə istinadən iyunun 22-də İranın Müdafiə Nazirliyinə bağlı bir alim və onun həmkarının Tehranda silahlı şəxslər tərəfindən qətlə yetirildiyi barədə xəbər yaymışdı.