28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

23.06.2022

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vasitəsilə Avropa İttifaqı ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik.

"DM" Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan Rumıniya ilə ticarət, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

M.Məmməd-Quliyev əlavə edib ki, münaqişədən sonrakı mərhələdə Azərbaycanın prioritetləri aydın şəkildə ifadə edilib. "Bu mövqe yenidənqurma və əməkdaşlıq, dayanıqlı sülh ilə ifadə olunur. Azərbaycan 30 il ərzində ermənilər tərəfindən törədilmiş dağıntıların aradan qaldırılması ilə bağlı addımlar atır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atır. Bu dəhliz Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək”, - xarici işlər nazirinin müavini vurğulayıb.