28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir

23.06.2022

Tehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

"DM” İSNA-ya istinadən bildirir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.

Xatırladaq ki, İranın nüvə üzrə mütəxəssisləri Möhsün Fəxrizadə, Əyyub İntizari, Kamran Mollapur, Ehsan Hadibeygi müəmmalı şəkildə ölüb.