27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nordik İnvestisiya Bankı Azərbaycanı birbaşa maliyyələşdirməyə hazırdır

23.06.2022

Nordik İnvestisiya Bankı Azərbaycanı birbaşa maliyyələşdirməyə hazırdır
Nordik İnvestisiya Bankı (The Nordic Investment Bank) Azərbaycana birbaşa maliyyə dəstəyi göstərə bilər.

Bunu Bakıda səfərdə olan Bankın baş katibi Heikiki Kantel deyib. O, Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü İllik Toplantısında deyib.

"Azərbaycan Nordik İnvestisiya Bankın üzvü deyil, lakin biz Azərbaycanla əməkdaşlıq müqaviləsi imzalaya bilərik. Bu Azərbaycana birbaşa dəstək göstərməyə imkan verəcək", - deyə H. Kantel bildirib.

O qeyd edib ki, Nordik İnvestisiya Bankı Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu bank vasitəsilə Azərbaycanda layihələrin icrasına maliyyə dəstəyi göstərilir: "Bu günə qədər Nordik İnvestisiya Bankı QDTİB-ə 1,5 milyon avro dəyərində kredit verib, bu həcmdə kreditin yarısı Azərbaycana ayrılıb. Nordik İnvestisiya Bankının Azərbaycanda dəstək göstərdiyi sahələr bərpa olunan enerji ilə bağlı ola bilər".

Xatıeladaq ki, QDTİB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

QDTİB indiyədək 38 layihənin maliyyələşdirməsinə Azərbaycana 537,2 milyon avro məbləğində kredit ayırıb.