27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kritik gün: Mişeldən Kiyevə növbəti müjdə

23.06.2022

İyunun 23-də AB liderləri Ukrayna və Moldovaya AB-yə üzv olmaq üçün namizəd statusunu rəsmən verəcəklər.

"DM" xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında yazıb.

"Bu, AB üçün həlledici məqamdır. Bu, bizim bu gün edəcəyimiz geosiyasi seçimdir. Əminəm ki, biz Ukrayna və Moldovaya namizəd statusu, eləcə də Ukrayna, Gürcüstan və Moldovaya aydın Avropa perspektivi verəcəyik”, - o bildirib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Birliyi (AB) liderlərinin sammiti başlayıb. Sammitdə Ukrayna, Moldova və Gürcüstana AB-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunur.