25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

F-16-lar verilməsə, Türkiyə “Tayfun” alacaq

23.06.2022

ABŞ Ankaraya F-16 satmaqdan imtina edərsə, Türkiyə müvəqqəti həll yolu kimi "Tayfun” (Eurofighter Typhoon) qırıcıları ala bilər.

"DM" xəbər verir ki, bu barədə "Star” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə HHQ komandanı general Həsən Küçükkakuz ötən ay "Eurofighter” konsorsiumunun əsas istehsalçısı olan İngiltərəyə səfər edib. Səfər zamanı o, Britaniya ordu komandiri, marşal Mayk Vinqstonla görüşüb. Küçükköküz burada sözügedən döyüş təyyarələrini öyrənib.

Adı açıqlanmayan türk rəsmisi isə "Tayfun” qırıcılarının çox yaxşı olduğunu qeyd edib:

"Əlbəttə, əgər biz F-16-ları ala bilməsək, bu, müvəqqəti seçim ola bilər”.