04 07 2022-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
04/07/2022

Lavrovun səfəri: Bakı nəyi tələb edəcək?

23.06.2022

Bu tipli səfərlərə böyük ehtiyac var. Səfər zamanı həm ikitərəfli, həm də regional məsələlər müzakirə olunacaq.

"DM" xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkiliQüdrət Həsənquliyev"Xalq Cəbhəsi”nə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan üçün prioritet məsələ Xankəndi üzərində ölkəmizin suverenliyinin təmin edilməsi və Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır:

"Rusiya münaqişədə vasitəçi kimi bu məsələlərin həllində müstəsna rol oynaya bilər. Biz yenidən qan tökülmədən qeyd etdiyim məsələlərin həllini istəyiriksə, Rusiya ilə əməkdaşlığı genişləndirməliyik. Beynəlxalq birlik tərəfindən Rusiyaya ağır sanksiyaların tətbiq edildiyi bir zamanda Türkiyə və Azərbaycanın Rusiya üçün əhəmiyyəti xeyli artmışdır. Rusiyanın Azərbaycanla bağlı hər hansı narahatlığı olmamalıdır, çünki bilir ki, Azərbaycan öz öhdəliklərinə ciddi əməl edən etibarlı tərəfdaşdır. Azərbaycanın da Rusiyadan bunu tələb etməyə haqqı var. Rusiya Azərbaycanın dövlət suverenliyinə hörmət etməli, qısa müddətdə Azərbaycanın Xankəndi üzərində suverenliyinin bərpa olunmasına tövfə verməlidir”.