03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İşğaldan azad edilən ərazilərdə ov edənlərə XƏBƏRDARLIQ

22.06.2022

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin ərazilərdə nadir heyvan növlərinin - dağ keçiləri, cüyür, ayı, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, onlara zərər yetirilməsinə icazə verilmir:

"Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılırlar. O gözəlliyin qorunması, onun artması üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunların hərbi qulluqçularına müvafiq göstərişlər verilib”.