Ukrayna Qərbdən aldığı silahla Rusiyaya hücum etməyəcəyinə təminat verib  
    
                          
     
                         22.06.2022
 
    
                        Ukrayna tərəfdaşlarını əmin edib ki, Qərbdən aldığı silahla Rusiya ərazisinə hücum etməyəcək və bu silahdan yalnız öz ərazisini müdafiə etmək üçün istifadə edəcək.
"DM" "Focus”a istinadən xəbər verir ki, bu barədə Bundestaqda çıxış edən Almaniya müdafiə naziri Kristina Lambrext bildirib.
O, Ukraynaya silah tədarükünün gərginliyi daha da artırmamalı olduğunu qeyd edib.