03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan Baş nazirinin parlamentdə çıxışı səs-küylə qarşılanıb

22.06.2022

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin parlamentdə illik hesabatla çıxışı səs-küyə səbəb olub.

"DM" xəbər verir ki, onun Avropa Komissiyasının iyunun 17-də Gürcüstanla bağlı tarixi qərar qəbul etdiyini söyləməsi müxalifəti təmsil edən deputatlar arasında narazılıq yaradıb.

Deputat Xatia Dekanoidze hökumət başçısına bir neçə dəfə "satqın” və "qul” sözlərini ünvanlayıb.

Səs-küy səbəbindən İ.Qaribaşvili çıxışını bir neçə dəqiqə ərzində davam etdirə bilməyib. O, müxalif deputatların sakitləşdirilməsi üçün dərman və həkimə ehtiyacın olduğunu deyib.

Spiker Şalva Papuaşvili müxalifət nümayəndələrinə xəbərdarlıq etsə də, deputatlar çağırışa məhəl qoymayıblar.

Hazırda Baş nazir çıxışını səs-küy altında davam etdirir.