01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada bir gündə iki təyyarə radarlardan itib

22.06.2022

Yakutiyada An-30 təyyarəsi radardan itib.

"DM" xəbər verir ki, məlumatı FHN-in yerli idarəsi yayıb.

"Yakutskdan Olenyoka uçan An-30 təyyarəsi radarlardan itib. Təyyarədə 7 adam və 6,3 ton yük var. Mi-8 helikopteri və An-26 təyyarəsi onun axtarışına çıxıb", - idarədən bildirilib.

Təyyarə Moskva vaxtı ilə saat 11:08-də enməli idi.

Qeyd edək ki, bu, bir gündə Yakutiyada yoxa çıxan ikinci təyyarədir. Çərşənbə axşamı səhər saatlarında Us-Xatinq reysini həyata keçirən An-2 təyyarəsi də radarlardan itib. İlkin məlumatlara görə, bir ton yükü olan təyyarədə üç nəfər olub: iki ekipaj üzvü və bir sərnişin.