29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Araik gizlincə Moskvaya gedib: separatçılar nəyə hazırlaşır?

22.06.2022

Qarabağdakı separatçı-terrorçu rejimin qondarma rəhbəri Araik Arutyunyan Moskvadadır.

"DM" Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak” nəşri mənbələrinə istinadən yazır.

Nəşrin iddiasına görə, Arutyunyan bir neçə gündür Rusiyaya gedib və Moskvada müxtrəlif dairələrlə görüşlər keçirir. Səfərin gizli şəkildə edildiyi bildirilir.

"Səfərin məqsədi Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Zabuxun Azərbaycana təhvil verilməsi məsələsini aydınlaşdırmaqdır”, - nəşrin mənbələri qeyd edirlər.

10 noyabr Bəyannaməsinin şərtinə görə, Laçın dəhlizinə alternativ marşrut istifadəyə verildikdən sonra şəhərin mərkəzi və dəhliz üzərində yerləşən ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Ermənilər bunun icra edilməməsi istiqamətində çalışır. Mümkün təxribatların olması da istisna deyil, Arutyunyanın Moskvaya səfəri də bu gözləntini artırır.

Bununla yanaşı, separatçının Rusiyaya hansı pasportla getməsi, Moskvada qəbul olunması da diqqətçəkən məqamlardandır. Bu, Rusiyanın Qarabağdakı separatçı-terrorçuları de-fakto "tərəf” kimi qəbul etməsi deməkdir.