18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycanda atlar çiplənəcək

22.06.2022

Azərbaycanda atların və dəvələrin dərisinin altına mikroçip yerləşdiriləcək.

Bu, Nazirlər Kabinetinin "Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların birkalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilirdi.

Dəyişikliyə əsasən, bundan sonra atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.