29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General : Xerson belə azad olunacaq

22.06.2022

Rusiya öz qüvvələrinin bir hissəsini Donbasa köçürür. Ukrayna ordusunun Melitopol və Xersonu işğaldan azad etməsi perspektivlərini yaranır.

Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əsasən Zaporojye, Xerson və Melitopol istiqamətlərində əks-hücumlar həyata keçirir. Məhz həmin istiqamətlərdən ruslar öz qüvvələrini Donetsk və Luqanska doğru göndəriblər:

"Onların əsas tapşırığı əvvəlcə Donbası tutmaq, sonra isə cənuba keçməkdir. Biz də vəziyyətdən istifadə edərək, cənub - Xerson, Zaporojets və Melitopol istiqamətlərində zərbələr endiririk. Bu, çox düzgün addımdır. Bu istiqamətlərdə əks-hücumları gücləndirmək, xüsusən də arxadan və cinahlardan zərbələr endirmək lazımdır”.

Onun sözlərinə görə, Ukrayna ordusu cənubdakı şəhərləri azad etmək üçün ayrı taktika seçəcək:

"Biz şəhərlərə birbaşa, insanların yaşadığı məhəllələrə hücum etməməliyik. Yəni bizə Xersona və Melitopola birbaşa hücum hücumlar yox, düşməni mühasirəyə almaq üçün əməliyyatlar lazımdır”.