28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dənizdə batan tələbənin meyiti tapılıb - YENİLƏNİB

22.06.2022

Dənizdə batan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyevin meyiti tapılıb.

"DM"-nın məlumatına görə, onun meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.

10:20

Abşeronun Novxanı kəndində 20 yaşlı Səfər Niftaliyev dənizdə batıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə iyunun 20-də baş verib.

Hadisədən sonra dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, S.Niftaliyev Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin sonuncu kurs tələbəsi olub. Əslən Ağsudan olan Səfər gələn ay hərbi xidmətə yollanmalı idi. Dənizdə batan gənc təhsil aldığı kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini olub.