29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya təsdiqlədi: Bu silahlar Ukraynaya göndərilir

21.06.2022

Almaniya hökuməti Ukraynaya 30 ədəd "Hepard” özüyeriyən zenit qurğusu, 3 ədəd "Mars” reaktiv yaylım atəş sistemi və IRIS-T hava hücumundan müdafiə sistemləri göndərmək planlarını rəsmən təsdiqləyib.

"DM" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Bundan başqa Almaniya Ukraynaya 54 ədəd M113 PDM-ləri (Bu texnika Almaniyanın maliyyəsi ilə Danimarkadan göndəriləcək - red), 7 ədəd "Pzh 2000” haubitsaları, 32 ədəd kəşfiyyat dronu, antidron aparatlar, 5 min dəbilqə, atıcı silahlar üçün 5.8 milyon sursat və 10 min ədəd artilleriya mərmiləri göndərəcək.