Stoltenberq Gürcüstan Baş nazirini NATO Sammitinə dəvət edib 
    
                         
     
                         21.06.2022
 
    
                        NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini alyansın 28-30 iyun tarixlərində keçiriləcək Madrid Sammitinə dəvət edib.
"DM" xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, sammit çərçivəsində aparılacaq müzakirələrdə qlobal çağırışlara fokuslanılacaq.