03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan pilotlarının Türkiyədəki təlimindən görüntülər - VİDEO

21.06.2022

Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.

Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.