03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şolts Ukraynanın tənqidlərinə cavab verib

21.06.2022

Berlin Kiyevi bütün lazımi hərbi yardımla təmin edir. Ukrayna tərəfinin bildirdiyi gecikmə onların hərbçilərinə Qərb texnikası ilə işləmək üçün keçirilən təlimlərin zərurəti ilə bağlıdır.

"DM" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Bəziləri məsələnin mürəkkəbliyini lazımınca qiymətləndirmir. Əgər biz özüyeriyən haubitsalar və ya zenit-raket kompleksləri kimi ən son silahları tədarük ediriksə, əsgərlər öyrədilməlidir, əks halda texnikadan səmərəli istifadə olunmayacaq. Kim ki ağır silahların bir avtomobil sürmək kimi münasib olduğunu düşünürsə, səhv edir”, - o bildirib.