Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak olub 
    
                          
     
                         21.06.2022
 
    
                        Ukraynada ruslarla döyüşlər zamanı ABŞ vətəndaşı Stiven Zabelski həlak olub.
"DM" xəbər verir ki, bu barədə "Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Stiven Zabelski mayın 15-də döyüş zamanı həlak olub:
"Onun ABŞ ordusunun veteranı olduğu və minaya düşərək öldüyü deyilir. Zabelskinin həyat yoldaşı və övladlığa götürdüyü beş uşağı qalıb”.