03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blumberq: AB Ukraynaya “hə” deyəcək

21.06.2022

Avropa Birliyinə üzv olan 27 ölkə bu həftə Ukraynaya rəsmən namizəd statusu vermək niyyətindədir. Bazar ertəsi AB rəsmilərinin görüşündə heç kim qərarın əleyhinə çıxış etməyib.

"DM" xəbər verir ki, bu barədə "Blumberq” mənbələrə istinadən məlumat yayıb.

"AB həmçinin Avropa Komissiyasının Moldova, eləcə də Gürcüstana ilk növbədə konkret əlavə şərtləri yerinə yetirəcəyi təqdirdə namizəd statusunun verilməsi ilə bağlı rəyini dəstəkləmək niyyətindədir. AB liderləri iyunun 23-24-də Brüsseldə görüşəcək. Məhz bu sammit zamanı Ukraynanın rəsmi olaraq AB üzvlüyünə namizəd olacağı gözlənilir. Statusun verilməsi ilə bağlı yekun qərar və hər hansı əlavə şərtlər bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir”, - məlumatda deyilib.