02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşvilidən siyasi partiyalara çağırış

21.06.2022

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi partiyalara müraciət edib.

"DM" xəbər verir ki, onun müraciəti sosial media hesabı vasitəsilə yayılıb.

"Bütün silahdaşlarıma, Vahid Milli Hərəkatın tərəfdarlarına, həmçinin bütün partiyalara müraciət edirəm ki, bugünkü (ötən gün keçirilən aksiya - red.) mitinq ilə kifayətlənməsinlər. Bizi kimlərsə nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir.

Bizim avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır", - deyə Saakaşvili bildirib.