28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Minaya düşən ANAMA əməkdaşları evə buraxılıb

20.06.2022

Mina hadisəsindən sonra profilaktik müayinədən keçirilən ANAMA əməkdaşları evə buraxılıb.

ANAMA-dan verilən xəbərə görə, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan bir neçə ANAMA əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, onlara psixoloji dəstək göstərilib.

Belə ki, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən Quliyev Ələsgər Asif oğlu və Cəbrayıllı Fərid Zakir oğlu, eləcə də Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mustafayev Mahir Hüsaməddin oğlu və Gözəlov Samir Arif oğlu bütün zəruri tibbi müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən əməkdaşların sağlıq vəziyyəti hər zaman ANAMA-nın diqqət mərkəzindədir.