28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniyalı general Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb

20.06.2022

Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri Patrik Sanders ölkəni Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb.

"Hazırda müttəfiqlərimizlə bərabər döyüşə biləcək və müharibədə Rusiyaya qalib gələ biləcək ordu yaratmaq mütləqdir”, - deyə general qeyd edib.

Sandersin sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas hədəfini - "quruda döyüşməyə və müharibələrə qalib gəlməyə hazır olmaqla Böyük Britaniyanı qorumaq” məqsədini önə çəkir.

"Biz ordunu yenidən Avropada müharibəyə hazırlamalı olan nəsilik”, - deyə o əlavə edib.

Sanders xatırladıb ki, o, 1941-ci ildən bəri Avropada qitənin iştirak etdiyi müharibə fonunda orduya komandanlıq edən ilk Baş Qərargah rəisi olub.

Qeyd edək ki, yerli media 2021-ci ildə London hökumətinin nizami ordunu ixtisar etmək planlarını dərc edib, məlum olub ki, hədəf gücü 2025-ci ilə qədər 82 000-dən 72 500-ə endiriləcək. Həmin vaxt Böyük Britaniyanın nizami ordusu 76,5 minə yaxın şəxsi heyətdən ibarət idi.

Mənbə: The Independent