28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putindən şok tapşırıq: Tokayevdən belə qisas alacaq

20.06.2022

Rusiya Prezidenti Vladimir Putin həftəsonu Sankt-Peterburqda keçirilən iqtisadi forumda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə insidenti müxtəlif çevrələrdə müzakirə edib.

"DM" xəbər verir ki, bunu rusiyalı politoloq Valeri Solovey deyib.

"Cümə axşamından etibarən və ondan sonrakı iki gün ərzində Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Rusiya Prezidenti tərəfindən müxtəlif formatlarda həmsöhbətləri ilə davamlı olaraq müzakirə edilib. Putin sözün əsl mənasında qəzəblənib və niyə belə bir şeyə layiq olduğunu anlamağa çalışıb. Putin "Şərq mənşəli” Qazaxıstan prezidentini məzəmmət edib. Çünki ənənələrə görə, qonaq ev sahibinə hörmət etməli və aşağılayıcı ifadələrə yol verməməlidir”, – o bildirib.

Solovey qeyd edib ki, Putin möhkəm inciyib və bazar günü Tokayev üçün "hədiyyələr hazırlamağı” əmr edib:

"Hələ ki, ciddi və konkret heç nə ifadə olunmayıb, lakin bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə tapşırıq verilib. Yaxın gələcəkdə mütləq Qazaxıstanın şimal ərazilərinə dair məsələ qaldırıla bilər. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları da sayıq olmalıdırlar, eləcə də qazax sərmayəçiləri. Hələ ki, dəqiq göstəriş yoxdur, amma prezidentin ətrafından səlahiyyətli yoldaşlardan təkliflər daxil olur”.

Qeyd edək ki, iyunun 17-də Qazaxıstanın rəhbəri Qasım-Jomart Tokayev Kremlin nəzarətində olan Luqansk və Donetsk "xalq respublikalarının” "müstəqilliyini” tanımaqdan imtina edərək, "respublikaları” "kvazidövlət əraziləri” adlandırıb. O, ölkədə qış etirazları zamanı Rusiyanın guya Qazaxıstanı "xilas etdiyi” haqda bəyanatı da tənqid edib. Tokayevin sözlərinə görə, bunu Rusiya deyil, KTMT edib.