27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan şok: Krımda rus kəşfiyyatçılarını vurub

20.06.2022

Ukrayna ordusu "Çernomorneftqaz” qazma platformasına raket zərbələri endirib.

"DM" xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat verib.

"5 nəfər xilas edilib. Onlardan 3-ü yaralıdır. Digərlərinin axtarışı davam etdirilir”, - Aksyonov bildirib.

Rusiya Müdafiə Nazirliyi patrul katerləri və aviasiyanı axtarış-xilasetmə işlərinə cəlb edib.

Ukrayna tərəfi Krımdakı qazma platformasının vurulması ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Teleqram kanallarının məlumatına görə isə vurulan platformada bir neçə gündür rus hərbçiləri fəaliyyət göstərirmiş. Hətta Rusiya KİV-ləri platformada olan hərbçilərin fotolarını da yayıb.

Məlumata görə, ruslar elektron kəşfiyyatın köməyi ilə suüstü vəziyyəti izləmək üçün həmin platformadan istifadə ediblər.