28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA Prezidenti Putini müharibəni dayandırmağa çağırıb

20.06.2022

"Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əlimizdən gələni etməliyik”.

"DM"-nın Avropa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks qurumun yay sessiya çərçivəsində Rusiya-Ukrayna arasındakı müharibə məsələsinə toxunarkən deyib.

"Müharibə bizim üçün normala çevrilməməlidir və müharibənin bitməsi üçün əlimizdən gələni etməli, Ukrayna ilə öz həmrəyliyimizi göstərməliyik”, - o qeyd edib.

Tini Koks Rusiya parlamenti, hökuməti və Prezidentini müharibəni dayandırmağa çağırıb, müharibənin heç bir zaman başlamamalı olduğunu, bunu davam etdirmək üçün heç bir səbəb görmədiyini əlavə edib.