28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda daha 92 mina tapılıb

20.06.2022

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 557 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.