09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Təmas qrupu Nyu-Yorkda Azərbaycana təcavüzü müzakirə edəcək

24.09.2018

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.Bu barədə İƏT-in "Twitter” səhifəsində deyilir.
Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı təmas qrupunun yaratmaq qərarını verib. Təmas qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Qrupun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib.