28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polkovnik: Ermənilər Laçını talayır

20.06.2022

Rus sülhməramlılar müvəqqəti məsuliyyət zonalarında olan ərazilərdə separatçı ünsürlərin qanunsuz, vəhşi əməllərinə göz yumublar və yumurlar. Orada biabırçı bir vəziyyət var. Separatçı tör-töküntüləri, orada yaşayanlar alternativ yol açıldıqdan sonra Laçını tərk etməli olacaqlarını bilirlər. Ona görə əllərinə keçən hər şeyi talayırlar və əgər imkanları olsa, torpağı da maşınlara yükləyib apararlar.

Bu sözləri Laçında separatçıların və orada yaşayan ermənilərin talançılıq etməsindən danışan hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik bu talançılığın, vəhşiliyin qarşısının alınmalı olduğunu bildirib:

"Müdafiə Nazirliyimiz, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi həm sülhməramlılara, həm də Ermənistan tərəfinə konkret və qəti xəbərdarlıq etməlidir. Törədilən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçıların beynəlxalq səviyyədə mühakimə edilməsinə nail olmalıyıq. Ukraynanın da sözügedən istiqamətdə fəaliyyətləri var və artıq nəticəsini verir – o təcrübədən istifadə edə bilərik. Əgər torpaqlarımızda talançılıqla məşğul olan və milyonlar yığan separatçıların bir neçəsi Bakıda cinayət məsuliyyətinə cəlb olunsa, digərləri bu əməlləri davam etdirməyə cəsarət etməz. Bir daha vurğulamaq istəyirəm ki, sülhməramlılar və Ermənistanın qarşısında məsələni elə qoymaq lazımdır ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”.