Lavrovun İrana gedəcəyi tarix açıqlanıb  
    
                         .jpg) 
     
                         20.06.2022
 
    
                        Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Tehrana səfər edəcək.
"DM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
Onun sözlərinə görə, Lavrovun ziyarəti İran rəsmilərinin bu yaxınlarda Rusiyaya səfərinə cavab olaraq həyata keçiriləcək.
Qeyd edək ki, bundan öncə Lavrovun İrana gedəcəyi açıqlansa da, səfərin tarixi elan edilməmişdi.