09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ABŞ səyyahı: “Qarabağda xarabalıqları görmək çox kədərlidir”

20.06.2022

"Qarabağda dağıntıları, xarabalıqları görmək çox kədərlidir”.

Bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı ABŞ səyyahı Enci Vanq deyib.

"Burada müharibə izlərinin şahidi oldum, bunu dünyanın başqa yerlərində də görmək olar. Bu, ölkəyə, insanlara və gözəl məkanlara dəymiş ziyandır”, - o bildirib.

ABŞ səyyahı hər şeyin tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.

E.Vanq onu ən çox heyran edən yerin Şuşadakı Cıdır düzü olduğunu etiraf edib: "Buranın gözəlliyi valehedicidir”.

Xatırladaq ki, dünyanın 10 ölkəsindən – Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan tanınmış 24 səyyah üç gün ərzində Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın və Füzuliyə səfər ediblər.