02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qubadlıda iki tondan artıq çətənə bitkisi aşkarlanıb - VİDEO

20.06.2022

Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi iki tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.