06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan vətəndaşları Almaniyada axtarışa verilib

18.06.2022

Almaniyada yaşamaq haqqında qanunu pozan şəxslərin işi məhkəməyə göndərilib.

Şimali Reyn Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslərin Azərbaycana geri göndərilməsi ilə bağlı başladılan hüquqi prosedurun icrası mümkün olmayıb.

Üçü bir ailənin üzvü olan 7 Azərbaycan vətəndaşı deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin Şimali Reyn Vestfiliya üzrə nümayəndliyi deportasiyadan yayınan şəxslərin saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Əyalət məhkəməsi həmin şəxslər saxlanılması ilə bağlı qərarı təsdiqləyib. Hazırda Azərbaycan vətəndaşlarının axtarışı davam edir.

Məlumat üçün bildirək ki, iyun ayının sonu Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.