28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ombudsman: “Beynəlxalq təsisatlar cinayətkarları məhkəmə qarşısına çıxarmalıdır”

18.06.2022

"Müasir dünyada insan, o cümlədən qadın hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bunlar dövlət siyasətinin əsas istiqamətlərindən birdir. Ombudsman təsisati müstəqil, insan hüquqlarını qoruyan bir institutdur”.

Bunu Ombudsman Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycanın üzləşdiyi problemləri kortəbii qəbul etmişdi, hətta səssiz qalmışdı:

"Mən bizim ölkəmizə qarşı, ətraf mühitin çirkləndirilməsinə dair bir sıra hesabatlar hazırlamışam. Hesab edirəm ki, beynəlxalq təsisatlar bunları ciddi şəkildə araşdırmalıdır və cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”.