27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pompeo: Süleymanini buna görə öldürdük

18.06.2022

SEPAH-ın Qüds briqadasının komandanı, general Qasim Süleymani 500 amerikalının öldürülməsini planlaşdıranlar arasında idi.

"DM" xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo "Əl Ərəbiyə” telekanalına açıqlamasında deyib.

"ABŞ-ın o dövrdəki rəhbərliyi də bu sui-qəsdi aradan qaldırmaq üçün Süleymanini öldürdü”, - Pompeo bildirib.

Sabiq dövlət katibi həmçinin qeyd edib ki, ABŞ rəhbərliyi Süleymanini öldürəcəkləri təqdirdə, bu vəziyyətin müharibəyə səbəb olacağı barədə də xəbərdarlıqlar alırdı:

"ABŞ İraqdakı varlığını və Suriyadakı vətəndaşlarını qorumaq üçün uzun müddət çalışıb. Biz SEPAH-ın Qüds briqadasının hərəkətlərini hər daim izləmişik. ABŞ-a məxsus obyektlərə, eyni zamanda vətəndaşlara qarşı qaçılmaz hücumu dayandırmaq imkanı əldə edənə qədər Süleymaninin öldürülməsi layihəsi üzərində daim çalışmışıq. Bu səbəblə də ABŞ rəhbəri Süleymaninin öldürülməsinin əmrini verdi”.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Bağdadda ABŞ-ın atdığı raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı, general Qasim Süleymani öldürülmüşdü.