09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Xəbərdarlıq: leysan yağacaq

24.09.2018

Sinoptiklər ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4° enəcək.
Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5° enəcək. Çaylarda sululuğun artacağı bildirilir.