28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarici səyyahlar Kəlbəcərə səfər ediblər - VİDEO

17.06.2022

Bir qrup xarici səyyah və bloqer Kəlbəcərdə olub.

"DM” xəbər verir ki, səyyahlara şəhərin tarixi haqqında məlumat verilib.

Onlar erməni vandalizmi nəticəsində dağıdılmış infrastrukturu gözləri ilə görüblər.

Xarici səyyahlar "İstisu”nu ziyarət edib və onların bəziləri orada çimiblər.

Xatırladaq ki, iyunun 16-da bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb. Səfərdə Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah iştirak edir. Ötən gün onlar Azıx mağarasını, Şuşanı və Ağdamı ziyarət ediblər.

Bu gün nümayəndə heyəti Laçına gedəcək.