09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keçəllərə şad xəbər

24.09.2018

"Dövran Media” Zelv.ru-ya istinadən xəbər verir ki, Britaniyanın Mançester universitetinin alimləri bildiriblər ki, saç tökülməsi problemi tezliklə həll olunacaq
Saç tökülməsinin 95% -dən çoxu kişilərdə müşahidə olunur. Bəşəriyyətin gözəl yarısı arasında saçlarını itirənlər 20% -dən 90% -ə qədərdir. Belə fərq onunla izah olunur ki, bu proses qadınlarda daha az nəzərə çarpır. Bir çoxları üçün saç itkisi ciddi problemdir. Bununla belə, keçəlləşmədən əziyyət çəkənlər üçün yaxşı xəbər var . Belə ki, ingilis tədqiqatçıları parfüm hazırlamaq üçün istifadə edilən ətirli maddələrin möcüzəli xüsusiyyətini aşkarlayıbıar. Sandalor adlanan bu maddə ətirlərə sandal ağacının qoxusunun imitasiyası üçün əlavə edilir. Məlum olub ki, bu maddə həm də saç artımı stimullaşdıra bilər. O, saç folekullarında yerləşən reseptorlara təsir göstərir, böyümənin sürətləndirir və ölü hüceyrələrin sayını azaldır. İlk sınaqlarda 20 qadın iştirak edib. Mütəxəssislər əldə etdikləri ümidverici nəticələrdən sonra bu işi davam etdirmək niyyətindədirlər. Onlar iddia ilə bəyan ediblər ki, tezliklə keçəlləşmə probleminin həlli astanasındadırlar.